Mark Avreli — Vikipediya Mark Avreli Vikipediya, azad ensiklopediya Jump to navigation Jump to search Mark Avreli lat.Marcus Aurelius Antoninus lat. Marcus Aurelius Antoninus XVI Roma İmperatoru 8 mart 161 — 17 mart 180 8 mart 161 – 7 mart 169 (Lusi Ver ilə birlikdə) 169 – 177 (təkbaşına) 177 – 17 mart 180 (Kommod ilə birlikdə) Sələfi Antonin Piy Xələfi Kommod Şəxsi məlumatlar Təhsili Stoisizm Doğum tarixi 26 aprel 121 Doğum yeri Roma İmperiyası Roma Vəfat tarixi 17 mart 180 (58 yaşında) Vəfat yeri Vindobona indiki Vyana Vəfat səbəbi taun Dəfn yeri Müqəddəs Ancelo qəsri Sülalə Nerva-Antonin Atası Anni Ver Anası Domitia Luçilla Həyat yoldaşı Gənc Faustina Uşaqları Kommod, Luçilla (daha 13 uşaq) Elmi fəaliyyəti Elm sahəsi fəlsəfə  Vikianbarda əlaqəli mediafayllar Mark Avreli, Markus Avrelius (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121 – 17 mart 180) — Roma imperatoru (161–180), stoaçı filosof. İlk vaxtlar imperiyanı Lutsi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162–166), german və sarmatlarla (166–180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür. Mündəricat 1 Həyatı 1.1 Ailəsi və uşaqları 1.2 İmperatorluğu 1.3 Ölümü və adına ehtiram 1.4 Nerva-Antonin sülaləsinin zaman xətti 2 Fəlsəfəsi 2.1 Həmçinin bax: 3 İstinadlar 4 Xarici keçidlər 5 Həmçinin bax Həyatı[redaktə | əsas redaktə] 139-cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır. Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir. Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq Hadrianın vəfatından yarım il sonra 5 dekabr 138 ci ildə kvestor vəzifəsinə irəli çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir. 140 ci ildə konsul və sezar elan edilir. 146 cı ildə Antonin Piy Mark Avreliyə konsul kimi dövləti idarə etmək hüquq verir. 1 yanvar 161 ci ildə qardaşlığı Lutsi Ver ilə birlikdə üçüncu dəfə konsul kimi dövləti idarə edir. 169-cu ildən Lutsi Verin ölümündən sonra dövləti təkbaşına idarə edir. Ailəsi və uşaqları[redaktə | əsas redaktə] Avreli, 145 ci ildə Gənc Faustina ilə evlənmiş və 30 illik evliliyi boyunca Faustinadan 13 uşağı olmuşdur: Anniya Avreliya Qaleriya Faustina (147–165) Anniya Avreliya Qaleriya Luçilla (148/50–181), Lutsi Verin həyat yoldaşı Luçillanın Gemellus Luçilla adında bir əkizi vardır (149–150) Tit Eli Antonin (150, 7 mart 161) Tit Eli Avreli (150, 7 mart 161) Hadrian (152, 7 mart 161) Domitia Faustina (150, 7 mart 161) Fadilla (159, 192) Annia Kornifiçia Faustina Minor (160, 211–217) Tit Avreli Fulv Antonin (161–165) Kommod (161–192) Mark Anni Ver Sezar (162–169) Vibiya Avreliya Sabina (170–217) İmperatorluğu[redaktə | əsas redaktə] Atası kimi senata və onun üzvlərinə hörmət yanaşarmış. Məhkəmə işinə böyük diqqət verərmiş. Bir çox köhnəlmiş qanunları bərpa etmişdir. Afinada dörd fəlsəfə kafedrası yaradaraq, professorları dövlət himayəsinə götürmüşdür. Bir çox döyüş və hərbi yürüşlərdə şəxsən iştirak etmişdir. 166-cı ildə məğlubiyyətdən sonra Parfiya ilə sülh bağlamağa məcbur olur. Həmin il Roma germanların Dunay çayı boyu hücumları, vandallara qarşı müharibə, şimali Misir üsyanına baxmayaraq 178-ci ildə germanlara qarşı müharibədə böyük uğurlar qazanır, lakin imperiya qoşunlarını yoluxucu xəstəlik taun epidemiyası bürüyür. Daimi müharibələr imperiyanı zəiflətmiş, epidemiyaya və əhalinin dilənçiləşməsinə səbəb olmuşdu. Ölümü və adına ehtiram[redaktə | əsas redaktə] Mark Avrelinin silahdaşları onun xəstə halına acıyıb ağlayarkən, üzünü onlara tutub deyir: " Niyə mənim halıma acıyıb ağlayırsınız, siz ona ağlayın ki, bu taun hamımızı məhv edəcək." 17 mart 180-ci ildə Vindobon (müasir Vyana) deyilən yerdə taundan vəfat edir. Mark Avreli (külü) Hadrian məqbərəsində indiki Müqəddəs Ancelo qəsrində dəfn edilmişdir. Onun ölümündən sonra həmin dövrü antik tarixi ənənəyə görə "Qızıl əsr" özünü isə tax-taclı filosof adlandırırdılar. Senat onun şərəfinə ölümündən sonra Romada hal-hazırda it. Piazza Colonna adlanan meydanda "Şərəf sütunu" (Mark Avreli sütunu) qoydurtmuşdur. Obrazı "Qladiator" filmində istifadə edilmişdir. Nerva-Antonin sülaləsinin zaman xətti[redaktə | əsas redaktə] Fəlsəfəsi[redaktə | əsas redaktə] Alman dilinə tərcümə olunmuş Selbstbetrachtungen ("Özünlə təklikdə") əsəri, Hamburq 1727. Mark Avreli həyatı boyu müxtəlif elmlər və fəlsəfə ilə də məşğul olmuş və bir filosof kimi tanınmışdır. O, Stoa fəlsəfi məktəbinin ən parlaq nümayəndələrindən sayılmaqdadır. Mark Avreli dövründə Romada artıq bütün sahələri əhatə edən tənəzzül dövrü başlamışdır. Siyasi-iqtisadi və sosial böhranlar onun fəlsəfi fikrinə təsir etmişdir. Onun fəlsəfəsində pessimist düşüncələr, dünyanın keçici və mənasız olması kimi fikirlərə tez-tez rast gəlinir. Buna görə Mark Avreli taleyə tabe olmağa, ona qarşı çıxış etməməyə çağırırdı. Bütün bu fikirlər onun "Özünlə təklikdə" kitabında söylənmişdir. Mark Avreli hesab edir ki, dünyada hər şey bir düzənə (nizama) tabedir. Eyni zamanda, tanrılaşdırılmış Yüksək ədalət də vardır. O hər şeyin əsasıdır, hər şey ondan yaranır və ona qayıdır. Həmçinin dünya əqli və tale də tanrılaşdırılmışdır. Dünyada hər şey tanrı düzəninə və məqsədinə tabedir. Markus Avreliusun fikrincə dünya yetkindir. Bu dünyada baş verən hər bir şər isə tanrının dünya üçün cızdığı plana uyğundur[1]. Şəri dünya düzəni baxımından dəyərləndirəndə o təbii bir şeyə çevrilir. Şərin Tanrının hökmü ilə yaranıb-yaranmaması problemi sonralar ortaəsr xristian və müsəlman ilahiyyatı və fəlsəfəsinin əsas problemlərindən birinə çevrilmişdir. Xeyir isə ilahi iradəyə və təbiət qanunlarına uyğun olan bir ahəngdir. Xeyir həm də insanın özü-özü, öz təbiəti ilə razılığı və mənəvi ucalığıdır[2]. Ona görə də, insan təbii düzənə uyğun həyat sürməlidir. Həmin düzəni pozduqda o, ədalətsizliyə yol verir, təbiətə və cəmiyyətə qarşı üsyan edir[3]. Mark Avreli dövlət qanunlarını da təbii qanunlara aid etmiş, onlara tabe olmağı hər bir insan üçün vacib bilmişdir. Markus Avreliusun fəlsəfəsində dünya hər zaman dəyişən bir varlıqdır. Onun üzərində olan hər bir şey məhv olaraq bir durumdan başqasına keçir. Beləliklə, dünyada hər şey dövr etməkdədir. İnsan həyatını təbiət qanunlarına uyğunlaşdırmalı, sonda isə başı uca və ləyaqətlə dünyanı tərk etməlidir. Mənbə Aydın Əlizadə (2016). Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. s. 185-187. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16. Həmçinin bax:[redaktə | əsas redaktə] Antik fəlsəfə Stoaçılıq İstinadlar[redaktə | əsas redaktə] ↑ Марк Аврелий Антонин. Размышления / Перевод А. В. Добровольского. Л.: Наука, 1985, s. 10–11. ↑ Марк Аврелий Антонин. Размышления / Перевод А. В. Добровольского. Л.: Наука, 1985, s. 55. ↑ Марк Аврелий Антонин. Размышления / Перевод А. В. Добровольского. Л.: Наука, 1985, s. 49–50. Xarici keçidlər[redaktə | əsas redaktə] ("Özü ilə təklikdə, Düşüncə") rus dilində Həmçinin bax[redaktə | əsas redaktə] Vikianbarda Mark Avreli ilə əlaqəli mediafayllar var. Roma imperatorları Prinsipat e.ə. 27-235 Avqust  · Tiberi  · Kaliqula  · Klavdi  · Neron  · Qalba · Oton · Vitelli  · Vespasian  · Tit  · Domisian  · Nerva · Trayan · Hadrian · Antonin Piy · Mark Avreli/Lusi Ver  · Kommod  · Pertinaks · Didi Yulian · Septimi Sever  · Karakalla/Geta  · Makrin  · Helioqabal  · Aleksandr Sever · Böhran 235-284 Frakiyalı Maksimin · I Qordian · II Qordian · Balbin/Pupien · III Qordian · Ərəb Filipp · Desi Trayan · Gerenni Etrusk · Trebonian Qall · Hostilian · Voluzian · Emilian · Valerian · Qallien · II Klavdi  · Kvintill  · Avrelian  · Tasit · Florian · Prob · Kar  · Karin · Numerian Dominat 235-395 Diokletian/Maksimian  · I Konstansi  · Qaleri  · Flavi Sever  · Maksensi  · Maksimin Daza · Lisini · Valeri Valent · Martinian  · I Konstantin  · II Konstantin  · Konstant  · II Konstansi  · Maqnensi  · Neposian  · Vetranion  · Mürtəd Yulian  · İovian  · I Valentinian  · Qrasian  · II Valentinian  · Maqn Maksim  · Yevgeni  · I Feodosiy Qərbi İmperiya 395–480 Flavi Honori • III Konstansi • İohann • III Valentinian • Petroniy Maksim • Avit • Mayorian • Libiy Sever • Antemi • Olibri • Qliseri • Yuli Nepot • Romul Avqust Roma İmperiyası SƏLƏF Antonin Piy Mark Avreli Nerva-Antonin sülaləsi imperatoru XƏLƏF Kommod Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Mark_Avreli&oldid=5835806" Kateqoriyalar: 26 apreldə doğulanlar 121-ci ildə doğulanlar 17 martda vəfat edənlər 180-ci ildə vəfat edənlər Əlifba sırasına görə dövlət xadimləri Roma imperatorları Qədim Roma filosofları Romada doğulanlar Vyanada vəfat edənlər Taundan ölənlər İdeyalar tarixi Gizli kateqoriyalar: Zaman diaqramının istifadə olunduğu səhifələr Vikipediya:Vikiverilənlərdə dəyəri müəyyən olunmuş məqalələr Vikipediya:Kartoçka daxilinə cədvəl əlavə olunan məqalələr Naviqasiya menyusu Alətlər sandığı Daxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə Variantlar Görünüş Oxu Redaktə Əsas redaktə Tarixçə Daha çox Axtar Bələdçi Ana səhifə Kənd meydanı Aktual hadisələr Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Məqalə namizədləri Mövzulu ay Xüsusi Bizimlə əlaqə Maddi kömək Kömək Alətlər Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Xüsusi səhifələr Daimi keçid Səhifə məlumatları Bu məqaləyə istinad et Vikiverilənlər elementi Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Vikisitat Başqa dillərdə Afrikaans Aragonés Ænglisc العربية مصرى Asturianu تۆرکجه Bikol Central Беларуская Български བོད་ཡིག Brezhoneg Bosanski Català Čeština Cymraeg Dansk Deutsch Zazaki Ελληνικά English Esperanto Español Eesti Euskara Estremeñu فارسی Suomi Føroyskt Français Frysk Gaeilge Gàidhlig Galego 客家語/Hak-kâ-ngî עברית हिन्दी Hrvatski Magyar Հայերեն İnterlingua Bahasa Indonesia Ido Íslenska İtaliano 日本語 ქართული Kongo Қазақша 한국어 Latina Lingua Franca Nova Lietuvių Latviešu Malagasy Македонски Монгол मराठी Bahasa Melayu မြန်မာဘာသာ Napulitano Nederlands Norsk nynorsk Norsk bokmål Occitan Polski Piemontèis پنجابی Português Română Русский Sicilianu Scots Srpskohrvatski / српскохрватски Simple English Slovenčina Slovenščina Shqip Српски / srpski Svenska Kiswahili தமிழ் Тоҷикӣ ไทย Tagalog Türkçe Українська Oʻzbekcha/ўзбекча Tiếng Việt Winaray 吴语 Yorùbá 中文 文言 Bân-lâm-gú 粵語 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 10 mart 2021 21:42 tarixində redaktə edilib. Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Gizlilik siyasəti Vikipediya haqqında İmtina etmə Mobil görüntü Tərtibatçılar Statistikalar Kuki məlumatı