İmmanuel Kant — Vikipediya
İmmanuel Kant
Vikipediya, azad ensiklopediya
Jump to navigation
Jump to search
İmmanuel Kant
alm. Immanuel Kant
Doğum tarixi
22 aprel 1724(1724-04-22)[1][2][3][…]
Doğum yeri
Köniqsberq, Prussiya[4]
Vəfat tarixi
12 fevral 1804(1804-02-12)[1][2][3][…] (79 yaşında)
Vəfat yeri
Köniqsberq, Prussiya[4]
Dəfn yeri
Köniqsberq kafedralı[d][5]
Vətəndaşlığı
Prussiya
Prussiya
Elm sahəsi
epistemologiya, metafizika, etika
İş yeri
Kateqoriya:Köniqsberq Universiteti[d]
Təhsili
Kateqoriya:Köniqsberq Universiteti[d]
Tanınmış yetirmələri
Yohann Qotlib Fixte, Markus Qerç[d][6]
Üzvlüyü
Prussiya Elmlər Akademiyası[d],
Rusiya Elmlər Akademiyası
Vikianbarda əlaqəli mediafayllar
İmmanuel Kant (alm. Immanuel Kant, 22 aprel 1724(1724-04-22)[1][2][3][…], Köniqsberq[4] – 12 fevral 1804(1804-02-12)[1][2][3][…], Köniqsberq[4]) — görkəmli alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri.
İmmanuel Kant tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Mündəricat
1 Həyatı
2 Fəlsəfəsi, yaradıcılığı
3 İstinadlar
4 Xarici keçidlər
Həyatı[redaktə | əsas redaktə]
İmmanuel Kant
İmmanuel Kant 1724-cü il aprelin 22-də Köniqsberq şəhərində kasıb yəhərçi ailəsində doğulmuşdur. Müqəddəs İmmauelin şərəfinə ona bu ad qoyulmuşdur. Teoloq doktor Frans Albert Şulsun təkidi ilə İmmanuel "Fridrixs-Kolleqium" gimanziyasını bitirib Könniqsberq Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona universiteti bitirməyə imkan verməmiş və İmmanuel 10 yaşı olarkən ev müəllimliyi etməyə başlamışdır.
1755-ci ildə Kant dissertasiya müdafiə etdiyi və doktoluq dərəcəsi aldığı üçün universitetdə müəllim kimi dərs demək ixtiyarı qazanmışdır.
1770-1797-ci illərdə Kant universitetdə daha geniş sahədə — fəlsəfə, riyaziyyat, fizika elmləri sahəsində müəllimlik etmişdir.
Sağlamlığının qeydinə qalaraq özünü çox ciddi rejimdə işləməyə məcbur etmişdir. Buna görə də əksər dostlarından daha çox yaşamışdır.
Ailəli olmamışdır.
Fəlsəfəsi, yaradıcılığı[redaktə | əsas redaktə]
Kant fəlsəfədə çevriliş etmiş, idrakı öz qanunları ilə cərəyan edən fəaliyyət kimi dəyərləndirmişdir. O, ilk dəfə fəlsəfədə dərk edilən substansiyanın strukturunu deyil, idrakın predmet və üsulunu müəyyənləşdirən başlıca amili, dərk edilən subyektin spesifikasiyasını nəzərdən keçirmişdir.
İmmanuel Kantın Belu-Orizontunda (Braziliya) abidəsi
Kant, qneseologiyanı əsas fəlsəfə etdi, onun predmeti isə nə təbiət, nə dünya, nə də insan idi. Qneseologiyanın predmeti subyektin idraki fəaliyyəti, həmçinin insan əqlinin qanunları və onların hüdudularının müəyyən edilməsi hesab olundu. Ontologiyanın (XVII əsr rasionalizm ideyaları) yerinə Kant qneseologiyanı qoydu, substansiyanın metafizikasından subyektin idraki qabiliyyətinin tənqidi təhlilinə keçdi.
Kantın məşhur əsərləri:
"Təmiz idrakın tənqidi"
"Əməli idrakın tənqidi"
"İdrakın gücünün tənqidi" hesab olunur.
"Təmiz idrakın tənqidi"ndə idrak prosesini təhlil etmiş və apriori (təcrübəyə qədər) bilik anlayışını yaratmışdır.
Kanta görə, xarici aləm hisslər materiyasını verir, lakin bizim əqlimiz həmin materiyanı məkan və zamanda qaydaya salır, eləcə də anlayış hazırlayır ki, həmin anlayışın köməyi ilə biz təcrübəni başa düşürük. Bizim hisslərimizin səbəbi olan dünya özündə şeydir və dərkedilməzdir. Bu dünya, yəni şey özündə məkan və zamanda yerləşmir və substansiya deyildir. Məkan və zaman subyektivdir, onlar subyektin qavrayışı məhsullarıdır (əgər biz mavi eynək taxırıqsa, o zaman bizə hər şey mavi görünür. Biz elə bil əqlimizdə məkan eynəkləri taxırıq və sonra düşünürük ki, məkanda hər şeyi görürük. Beləliklə, həndəsə bu mənada apriordur ki, bütün qavranılan hər şeyin həqiqəti olmalıdır, lakin bizim qavramadığımızın analoji olaraq belə olduğunu qəbul etməyə haqqımız yoxdur. Kantın fikrincə, idrak prosesinin çətinliyi qarşılıqlı olaraq bir-birini rədd edən əql mühakimələri (daha dəqiq desək, antinomiyalar) doğurur. Onların hər biri həqiqi kimi sübut oluna bilər. Kant belə antinomiyalardan 4-nü misal gətirir (onların hər biri tezis və antitezisdən ibarətdir):
Birinci antinomiya: "Dünya zamanda başlanğıca malikdir və yalnız məkanda məhduddur" (tezis). "Dünya zamanda başlanğıca malik deyil və məkanda sonsuz-dur. O, həm məkanda, həm də zamanda sonsuz"dur (antitezis).
İkinci antinomiya: sübut edir ki, hər bir mürəkkəb substansiya sadə hissələrdən həm ibarətdir, həm də ibarət deyildir.
Üçüncü antinomiya: iki növ səbəbiyyət mövcudur; biri təbiətin qanunlarına müvafiq gəlir, digəri azadlığa (tezis); təbiətin qanunlarına müvafiq gələn səbəbiyyət mövcuddur (antitezis).
Dördüncü antinomiya: sübut edir ki, mütləq zəruri varlıq həm mövcuddur, həm də mövcud deyildir.
İmmanuel Kantın qəbri bu gün
Kantın antinomiya haqqında təlimi Hegelə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, onun dialektikası antinomiyalar yolu ilə qurulmuşdur.
Kantın etikası, yaxud əqlin əməli tətbiqi təlimi "Əməli idrakın tənqidi" və qısa şəkildə desək, "Proleqomenlər" əsərlərində nəzərdən keçirilmişdir. Kantın etikası tarixi- fəlsəfi əhəmiyyətə malikdir ki, burada da "qəti imperativ" mühüm yer tutur. Məsələ burasındadır ki, Kantı əxlaqa utilitar yanaşma təmin etmirdi. Çünki burada əxlaqın məqsədləri onun özündən kənarda hesab olunur. O, tam təcrid olunmuş əxlaq metafizikasını əldə etməyə çalışırdı. Özü də bu əxlaq nə teologiya, nə də başqa bir şeylə şərtlənmir. Kant hesab edirdi ki, bütün əxlaqi anlayışlar öz yeri və mənşəyinə görə əqldə tam aprioridir. Əxlaqi dəyərlər insanın borc hissindən çıxış edərək fəaliyyət göstərdiyi zaman mövcud olur. Həm də borcu tələb etdiyi səviyyədə olan fəaliyyət kifayət deyildir. Tacirin düzlüyü əgər onun marağı ilə şərtlənirsə o, yaxşı hesab oluna bilməz. Əxlaqın mahiyyəti qanun anlayışından çıxarılmalıdır.
İmmanuel Kantın Kalininqradda (Köniqsberq) (Rusiya) abidəsi
Qanun əqlin əmridir, əmrin formulu isə imperativ adlanır. Kanta görə iki imperativ var:
Şərti imperativ (siz filan- filan məqsədə çatmaq istəyirsinizsə, filan- filan işləri görməlisiniz)
Qəti imperativ apriordur. Qəti imperativ müəyyən fəaliyyət tipi məqsədə münasibətsiz obyektiv olaraq zəruridir.
"Proleqomenlər…"də yazırdı: "Antropologiyaya məxsus olan tam şəkildə empiriklikdən təmizlənmiş təmiz əxlaq fəlsəfənin işlənib hazırlanması olduqca zəruridir…" Əxlaqi qanun mütləq zərurətdir: "yalan danışma" nəsihəti, məsələn, təkcə adamlar üçün gerçəklik deyil, ümumiyyətlə ağıllı canlıların hamısı üçün vacibdir. Deməli, borcun əsasını təkcə insanın təbiətində deyil, yaxud onun sürüldüyü şəraitdə deyil, əksinə, a prioridə sırf şəkildə təmiz idrakın anlayışlarında axtarılmalıdır.
Yalnız bir qəti imperativ var ki, o da Kanta görə aşağıdakı kimidir: "Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanun ola bilsin". Yaxud da "Elə hərəkət et ki, sənin iradənin əxlaq qaydası eyni zamanda ümumi qanun-vericilik prinsipi qüvvəsinə malik olsun". Kant bunu belə aydınlaşdırırdı. Pul borc almaq düzgün deyil. Çünki hamı borc alarsa, pul qalmaz. Beləliklə, qəti imperativ tərəfindən oğurluq, adam öldürmək və s. mühakimə olunurdu. Bu və ya digər hərəkət yalnız o zaman əxlaqi hesab olunurdu ki, bu hamı üçün qanuna çevrilə bilsin. Kantın insanın borcu və ləyaqəti haqqındakı mühakimələri də bununla əlaqədar idi. Belə bir sual verilirdi: insan üçün qiymətli nədir? Ləyaqət, yoxsa həzz? Ləzzətdə, həzzdə keçən həyat heç bir qiymətə malik deyildir. Öz ləyaqətini qoruyan insan hər şeyi, hətta həyatını itirməyə hazırdır. Ləyaqətin mənbəyi və şərhləri nədir? Bu, insanın özünün özü üzərində yüksəlməsidir. İnsan borcunu başa düşərək yaşayır və fəaliyyət göstərir. Deməli, o, həzz xatirinə yaşamır.
AFR poçt markası (1974), İmmanuel Kantın doğulmasının 250-ci il dönümü münasibətilə
Kantın konsepsiyasının təhlilinin sonunda qeyd edə bilərəm ki, o, cəmiyyət haqqında da maraqlı fikirlər söyləmişdir. Onun "Əbədi sülh haqqında" traktatında azad dövlətlər federasiyasının yaradılması ideyası irəli sürülmüşdür. Həmin dövlətlər müharibəni qadağan edən müqavilələr bağlayırlar. Əql müharibəni mühakimə edir, onu aradan qaldırmaq isə Beynəlxalq hökumətin işidir. Ayrı- ayrı dövlətlərin vətəndaş konstitusiyaları respublikaçı olmalıdır.
Kant fəlsəfəsi, Hegel, Fixte, Şiller, Feyerbax və s. klassik alman fəlsəfəsi nümayəndələrinin işlərinə güclü təsir etmişdir.
İstinadlar[redaktə | əsas redaktə]
↑ 1 2 3 4 5 6 Bibliothèque nationale de France BnF identifikatoru: açıq məlumat platforması — 2011.
↑ 1 2 3 4 5 6 Brockhaus Enzyklopädie
↑ 1 2 3 4 5 6 Brockhaus Enzyklopädie
↑ 1 2 3 4 Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və b. Record #118559796 // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016.
↑ https://fr.wikipedia.org/wiki/Cath%C3%A9drale_de_K%C3%B6nigsberg
↑ Mathematics Genealogy Project — 1997.
Xarici keçidlər[redaktə | əsas redaktə]
Vikisitatda İmmanuel Kant ilə əlaqədar sitatlar var.
Adil Əsədov “Zəka nuru” proqramı üzrə “Dahilər” seriyasından İmmanuel Kantla bağlı çıxış etmişdir 1. 2. 3. 4. 5.6.
Kant, Immanuel (ru)
"Fəlsəfə" portalı
Filosof ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=İmmanuel_Kant&oldid=5466005"
Kateqoriyalar: 22 apreldə doğulanlar
1724-cü ildə doğulanlar
Prussiyada doğulanlar
12 fevralda vəfat edənlər
1804-cü ildə vəfat edənlər
Köniqsberqdə vəfat edənlər
Köniqsberq Universitetinin məzunları
Əlifba sırasına görə alimlər
Filosof qaralamaları
Almaniya filosofları
Poçt markalarında şəxslər
Almaniya antropoloqları
Ontoloqlar
İdeyalar tarixi
İdealistlər
Metafiziklər
Rasionalistlər
Epistemoloqlar
Gizli kateqoriyalar: Vikipediya:Vikiverilənlərdə mənbələri olan məqalələr
Vikipediya:Vikiverilənlərdə dəyəri müəyyən olunmuş məqalələr
Naviqasiya menyusu
Alətlər sandığı
Daxil olmamısınız
Müzakirə
Fəaliyyətim
Hesab yarat
Daxil ol
Adlar fəzası
Məqalə
Müzakirə
Variantlar
Görünüş
Oxu
Redaktə
Əsas redaktə
Tarixçə
More
Axtar
Bələdçi
Ana Səhifə
Kənd meydanı
Aktual hadisələr
Son dəyişikliklər
Təsadüfi səhifə
Layihələr
Seçilmiş məqalələr
Seçilmiş siyahılar
Seçilmiş portallar
Yaxşı məqalələr
Məqalə namizədləri
Mövzulu ay
Xüsusi
Maddi kömək
Qaralama dəftəri
Kömək
Alətlər
Səhifəyə keçidlər
Əlaqəli redaktələr
Fayl yüklə
Xüsusi səhifələr
Daimi keçid
Səhifə məlumatları
Bu məqaləyə istinad et
Vikiverilənlər elementi
Çap et/ixrac
Kitab yarat
PDF olaraq yüklə
Çap variantı
Digər layihələrdə
Vikianbar
Vikisitat
Başqa dillərdə
Afrikaans
Alemannisch
አማርኛ
Aragonés
العربية
الدارجة
مصرى
Asturianu
Aymar aru
تۆرکجه
Башҡортса
Žemaitėška
Bikol Central
Беларуская
Беларуская (тарашкевіца)
Български
भोजपुरी
বাংলা
Brezhoneg
Bosanski
Буряад
Català
Chavacano de Zamboanga
Нохчийн
Cebuano
کوردی
Čeština
Чӑвашла
Cymraeg
Dansk
Deutsch
Zazaki
Ελληνικά
Emiliàn e rumagnòl
English
Esperanto
Español
Eesti
Euskara
Estremeñu
فارسی
Suomi
Võro
Føroyskt
Français
Arpetan
Nordfriisk
Frysk
Gaeilge
贛語
Kriyòl gwiyannen
Gàidhlig
Galego
ગુજરાતી
עברית
हिन्दी
Fiji Hindi
Hrvatski
Magyar
Հայերեն
İnterlingua
Bahasa Indonesia
Interlingue
Ilokano
Ido
Íslenska
İtaliano
日本語
Patois
Jawa
ქართული
Qaraqalpaqsha
Taqbaylit
Kabɩyɛ
Қазақша
ಕನ್ನಡ
한국어
Kurdî
Кыргызча
Latina
Lëtzebuergesch
Лезги
Lingua Franca Nova
Limburgs
Ligure
Ladin
Lumbaart
لۊری شومالی
Lietuvių
Latviešu
मैथिली
Malagasy
Македонски
മലയാളം
Монгол
मराठी
Кырык мары
Bahasa Melayu
Malti
Mirandés
မြန်မာဘာသာ
Эрзянь
Nāhuatl
Plattdüütsch
नेपाली
नेपाल भाषा
Nederlands
Norsk nynorsk
Norsk bokmål
Occitan
Livvinkarjala
ਪੰਜਾਬੀ
Polski
Piemontèis
پنجابی
پښتو
Português
Runa Simi
Rumantsch
Română
Русский
Русиньскый
Kinyarwanda
संस्कृतम्
Саха тыла
Sardu
Sicilianu
Scots
Srpskohrvatski / српскохрватски
Simple English
Slovenčina
Slovenščina
Shqip
Српски / srpski
Sunda
Svenska
Kiswahili
தமிழ்
తెలుగు
Тоҷикӣ
ไทย
Tagalog
Tok Pisin
Türkçe
Татарча/tatarça
Українська
اردو
Oʻzbekcha/ўзбекча
Vepsän kel’
Tiếng Việt
West-Vlams
Volapük
Winaray
吴语
მარგალური
ייִדיש
Yorùbá
Zeêuws
中文
文言
Bân-lâm-gú
粵語
Keçidlərin redaktəsi
Bu səhifə sonuncu dəfə 14 sentyabr 2020 tarixində, saat 12:26-də redaktə edilib.
Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər.
Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
Məxfilik siyasəti
Vikipediya haqqında
İmtina etmə
Mobil görüntü
Tərtibatçılar
Statistics
Kökə məlumatı